Prezident İlyas Umaxanovu “Dostluq” ordeni ilə təltif etdi

  • Müəllif: admin
  • 27 Mart 2017 13:35

ilya-zardab-1

Ölkə Prezidenti İlham Əliyev İ.M.Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov “Dostluq” ordeni ilə təltif edilsin.

Gununsesi.info