Prezidentin kreditlərlə bağlı fərmanı Konstitusiya Məhkəməsinin qərarının taleyinə necə edəcək? - ƏKRƏM HƏSƏNOV CAVABLANDIRIR

  • Müəllif: admin
  • 01 Mart 2019 23:20

Azərbaycan prezidentinin problemli kredirlərin həlli ilə bağlı fərmanı ölkədə böyük rezonansa səbəb olub. Ancaq prezident fərmanından əvvəl ölkənin Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı bankların xeyrinə qərar çıxarmışdı.

Bəs görəsən, Konstitusiya Məhkəməsinin qərarı hüquqi qüvvəsini saxlayırmı?

Bank işi üzrə tanınmış hüquqşünas Əkrəm Həsənov Gununsesi.org-a açıqlamasında deyib ki, Prezident fərmanı Konstitusiya Məhkəməsinin qərarını qüvvədən salmır: “Konstitusiya Məhkəməsinin qərarı qüvvədə qalacaq. Prezidentin fərmanı da bunu inkar eləmir.  Ötən ilin sentyabrında isə Konstitusiya Məhkəməsi qərar verdi ki, devolvasiya şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi deyil, buna görə də banklar güzəştə getməli deyil.

Burada söhbət dövlətin konüllü olaraq məzənnə fərqini üzərinə götürməsindən gedir.  10 minə qədər olan borclarla bağlı məsələnin həlli fərmanda əksini tapıb.  Digərləri yenə də sahibkarların və vətəndaşların üzərində qaldı”.