Prokurorluq orqanlarına əlavə səlahiyyət VERİLDİ

  • By admin
  • 17 Noyabr 2017 13:54

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

Gununsesi.info-nun məlumatına görə, layihəyə əsasən, Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir.

Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) bəndləri əlavə olunur.

Təklif olunan dəyişiklik qeyd olunan maddələr nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərarın da qəbul edilməsini prokurorun səlahiyyətinə aid edilməsini nəzərdə tutur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Mürtəza

Gununsesi.info