Putin-Merkel görüşünün tarixi açıqlanıb

  • Müəllif: admin
  • 28 Aprel 2017 22:35

1493330071

 

Rusiya prezidenti Vladimir Putin mayın 2-də Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət, Minsk razılaşmalarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq.

Söhbət əsnasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, o cümlədən energetika, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərinə toxunulacaq.

 

Gununsesi.info