Putin Rusiyada koronavirusla bağlı vəziyyətin sakitləşdiyini açıqladı

  • By admin
  • 29 İyul 2020 17:23

“Rusiyada koronavirus pandemiyası ilə bağlı vəziyyət sakitləşir, ancaq hələ istənilən istiqamətə doğru dəyişə bilər”.

Gununsesi.info bildirir ki, “Rossiya-24” telekanalının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, hələlik Rusiyanın bütün regionlarında yoluxma sayında davamlı azalmaya nail olmaq mümkün olmayıb.

Lakin ümumilikdə ölkədə vəziyyət stabilləşib.

Gununsesi.info