Qəbələdə ev yanıb

  • By admin
  • 23 Fevral 2018 08:00

Qəbələdə yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları, ev əşyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

Gununsesi.info