Qənirə Ataşova Bakıya döndü -EKSKLÜZİV

  • By admin
  • 02 Avqust 2016 23:19

qanira

ANS televiziyasının ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşova bu dəqiqələrdə Bakıya gəlib. Gununsesi.info-nun xəbərinə görə, jurnalistin Bakıya dönüşü ANS-in bağlanması ilə yanaşı, həm də ABŞ-da qalmaq üçün müəyyən olunan vaxtın başa çatmasıdır.

Jurnalist Bakıya Almaniyanın Frankfurt şəhərindən gələn reyslə enib.

Qeyd edək ki, Qənirə Ataşovanın ABŞ-da yaşayan “Hizmət” Hərəkatının lideri Fətullah Gülənlə müsahibəsinin anonslarından sonra hakimiyyət ANS-i qapadıb.

Gununsesi.info