“Viktoriya” ilə qarşılaşmanın ilk hissəsi “Qarabağ”ın üstünlüyü ilə başa çatıb – 1:0

  • By admin
  • 02 Avqust 2016 21:48

qarabaq

“Qarabağ”-“Viktoriya” oyununun birinci hissəsi başa  çatıb.

Gununsesi.info-nun məlumatına görə, gtürkiyəli baş hakim Hüseyin Göçek idarə edir. Ona həmyerliləri Mustafa Eyisoy və Kemal Yılmaz kömək edirlər. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirir.

Görüşün UEFA nümayəndəsi Andreas Akkelides (Kipr), hakim-inspektoru isə İqor Satçidir (Makedoniya).

Qeyd edək oyunda (birinci hissədə) hesab qarşılaşmanın 28-ci dəqiqəsində açılıb. “Qarabağ” komandasının heyətində Muarem Muarem ilk topu rəqib komandanın qapısından keçirib – 1:0.

Onu da qeyd edək ki, komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan ilk oyunda hesab açılmamışdı.

 

qarabaq-1

Gununsesi.info