Qətldə şübhəli bilinən şəxs həbs olunub

  • Müəllif: admin
  • 07 Mart 2017 14:20

unnamed (4)

Şamaxı rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 4-də saat 6 radələrində Səbail rayonunun Bayıl qəsəbəsindən Şamaxı rayon sakini, 25 yaşlı Ceyhun Qurbanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Paşayev tutulub.

Anar
Gununsesi.info