Qalmaqallı prezident Rusiyaya üz tutdu

  • By admin
  • 21 May 2017 22:10

duterte

 

Rusiya silah satışı ilə bağlı heç bir şərt qoymur.

Axar.az xəbər verir ki, bu sözləri Filippinin dövlət başçısı Rodriqo Duterte deyib.

O bildirib ki, Vaşinqton silah satışı ilə bağlı ağır şərtlər irəli sürür:

“Rusiya silah satmaq istəyərsə, mütləq satar. Ehtiyacın varsa, verər. ABŞ belə edərmi? Xeyr. Prezident “Verəcəm” deyirsə, xarici işlər naziri “Yox” deyir. Konqres “Yox” deyir. Bu səbəbdən ehtiyatlı davranırıq. Kiməsə yalvaran deyilik. Rusiyaya gedəcəyik”.

Qeyd edək ki, sabah Dutertenin Moskvaya səfəri gözlənir.

 

Gununsesi.info