Qanunların tərcüməsi bərbaddır -DEPUTATLARDAN NARAZILIQ

  • By admin
  • 12 İyun 2018 13:22

Картинки по запросу Milli Məclis

Deputatlar qanunların tərcüməsi zamanı səhvlərdən gileyləndilər. Qanunlar xarici dildən nə qədər düzgün və səlist tərcümə olunarsa bir o qədər yaxşı olar.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasında Rəfael Hüseynov bildirib. R.Hüseynov bildirib ki, bir çox hallarda tərcümələrin ele də səlist olmaması sonda qeyri-müəyyənliyə gətirib çıxarır. Deputat Səməd Seyidov da bu məsələdə həmkarını dəstəkləyərək bildirib ki, tərcümələr nə qədər səlist və oxunaqlı olarsa daha yaxşı olar. “Biz bununla kimlərinsə əməyini kölgə altına almaq istəmirik. Lakin tərcümə zamanı ciddi olmaq lazımdır. Bununla baglı biz XİN-ə bir neçə dəfə təkliflərimizi vermişık”- deyə, Seyidov bildirib.