Qanunsuz abort edənlər cəzalandırılacaq - ONLAR 2 İLLİK HƏBS OLUNACAQ

  • Müəllif: admin
  • 27 Sentyabr 2017 16:00
abort_emeliyyat
Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək.
Gununsesi.info report-a  istinadən xəbər  verir ki,  bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur.

Gununsesi.info