Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək

  • By admin
  • 28 Mart 2018 21:10

29 mart 2018-ci il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında, Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş Orqan Musiqisi Axşamı keçiriləcək.

Konsertin solisti Natəvan Quliyeva olacaq. Konsertdə Fəridə Məmmədova (soprano) və Töhfə Babayeva (skripka) iştirak edəcəklər.

Konsertin proqramında Qara Qarayevin əsərləri səslənəcək. Orqan üçün transkripsiya Tahirə Yaqubovanındır.

Gununsesi.info