“Qarabağ”dan növbəti məğlubiyyət

  • Müəllif: Ayshan
  • 18 Dekabr 2025 21:57

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Sabah” ölkə çempionu “Qarabağ”la qarşılaşıb.

Gununsesi.info xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels “bayquşlar”ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.

Qeyd edək ki, “Sabah” 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik “Qarabağ” ikincidir.

Gununsesi.info