Qasırğa Fransanı işıqsız qoydu

  • By admin
  • 07 Sentyabr 2017 09:12

qasirga

Fransaya məxsus Sen-Bartelemi və Sen-Martin dənizaşırı əraziləri “Irma” qasırğası səbəbindən elektriksiz qalıb.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, mərkəzi elektrik stansiyasının fəaliyyəti dayanıb. Eləcə də güclü külək evlərin dam örtüyünü uçurub. Sakinlər yaranmış vəziyyəti müharibə ilə müqayisə ediblər: “Evlər silkələnir, sanki Hirosimadır.”

Hazırda sürəti maksimum səviyyəyə çatan “İrma” qasırğası bir neçə gün əvvəl Texasda böyük dağıntılara və iri daşqınlara səbəb olan “Harvi” qasırğasından daha güclü hesab edilir. Mütəxəssislərin fikrincə “İrma” son 10 ilin ən güclü qasırğasıdır.

Gununsesi.info