Qaxda ev yanıb

  • By admin
  • 01 Fevral 2017 22:53

fhn-yangin-sonduren

 

Qaxda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 1 otaqlı və eyvandan ibarət evin 1 otağının tavanı 35 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info