Qaxda kişi meyiti tapıldı

  • By admin
  • 28 Sentyabr 2019 22:07

Qaxda kişi meyiti tapılıb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki,  meyit rayonun Lələli kənd ərazisindəki göldə aşkar edilib.

Meyitin Şəki rayonu Küngüt kənd sakini 32 yaşlı Asiman Məmmədova aid olması məlum olub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org