Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib -Foto

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2025 12:54

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID) vasitəsilə Əfqanıstana 272 ton 728 kq humanitar yardım göndərib.

Gununsesi.info  xəbər verir ki, yardım 26 vaqonla dəmir yolu ilə çatdırılıb və çadır, qənd, ədyal, ət konservləri və un daxildir.

Xatırladaq ki, bu ilin aprelində də Qazaxıstan Əfqanıstana 3,4 ton dərman, tibbi ləvazimat və qoruyucu vasitələrdən ibarət yardım göndərmişdi.

Rəsmi Astana bildirib ki, ölkə regionda mehriban qonşuluğu və sabitliyi dəstəkləməyə davam edəcək.

Şəbnəm

Gununsesi.info