Yaponiyanın yeni Baş naziri Sanae Takaiti Tokioda səfərdə olan ABŞ Prezidenti Donald Trampa qətlə yetirilmiş sabiq hökumət başçısı Şinzo Abenin qolf çubuğunu hədiyyə edib.
Gununsesi.info–nun xarici mediaya istinadən məlumatına görə, Trampa verilən digər hədiyyə məşhur yapon qolfçu Hideki Matsuyamanın imzaladığı qolf çantası olub.
Xatırladaq ki, 2006-2007-ci və 2012-2020-ci illərdə Yaponiyanın Baş naziri olmuş Şinzo Abe 2022-ci il iyulun 8-də törədilmiş silahlı hücum nəticəsində qətlə yetirilib.














