QMİ-nin təşkilatçılığı ilə müqəddəs şəhərlərə ziyarətlər başlayır

  • Müəllif: admin
  • 03 Oktyabr 2017 15:22

qmi-qafqaz-muselmanlari-idaresi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs şəhərlərə zəvvarların aparılmasına  başlayır.

Gununsesi.info xəbər verir ki, idarədən “report”un sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 6-da avtobusla ilk zəvvar qrupu yola salınacaq.

Zəvvarlar ziyarət sırasında Kərbəla, Nəcəf, Samirə və Məşhəd kimi müqəddəs sayılan şəhərləri ziyarət edəcəklər.

QMİ-dən bildirilib ki, ziyarət sırasında zəvvarların təhlükəsizliyini, otellə təmin olunmasını və s. məsələləri qurumun müqavilə bağladığı İraqdakı şirkətlərdən biri həyata keçirəcək.

Qeyd edək ki, ziyarət üşün nəzərdə tutulan paketin qiyməti 300 dollardır. Ziyarətlər qruplar toplandıqca həyata keçiriləcək.

Gununsesi.info