Qohumları Xalq artisti ilə vida mərasiminə icazə vermədi

  • Müəllif: admin
  • 09 Fevral 2018 14:58

Xəbər verdiyimiz kimi, Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xalq artisti ilə vida mərasimi olmayacaq.

Bu qərarı mərhum aktrisanın qohumları verib.

Qeyd edək ki, Z.Ağakişiyeva Quba şəhər qəbiristanlığında dəfn ediləcək.

Gununsesi.info