Qonaq gəldi-ağır yol qəzasında dünyasını dəyişdi

  • By admin
  • 08 İyul 2016 12:45

zaq

 

Ölümlə nəticələnən ağır yol qəzası axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun Fındıqlı kənd sakini,44 yaşlı Bilal Nəbiyevin idarə etdiyi “İJ” markalı- dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosikletlə Aşağı Çardaqlar kənd sakini,43 yaşlı  Bəxtiyar Mamayevin idarəetdiyi eyni markalı-dövlət qeyydiyyat nişanı olmayan yük daşıyan motosikleti toqquşub.Qəza nəticəsində Bilal Nəbiyevin motosikletində sərnişin qismində olanBakı şəhər sakini,70 yaşlı  Pyotr Kuznetsov  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Bilal Nəbiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Digər motosikletin sürücüsü isə xəsarət almayıb. Qəza zamanı ölən 70 yaşlı Pyotr Kuznetsovun Zaqatalaya qonaq gəldiyi bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

zaq-1

 

Gununsesi.info