
Minsk sazişinə əməl edilənə qədər antirusiya sanksiyaları saxlanmalıdır.
“Gununsesi.info” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama The Financial Times qəzetinə yazdığı müəllif yazısında qeyd edib:
“Baxmayaraq ki, bizim ölkələr (NATO üzvləri) Rusiya ilə daha konstruktiv əlaqələrə açıqdır, lakin razılaşmalıyıq ki, antirusiya sanksiyaları Moskva Minsk razılaşmasında göstərilən öhdəliklərini yerinə yetirənə qədər saxlanılmalıdır”.
ABŞ prezidenti həmçinin bildirib ki, Alyans Ukraynaya dəstək səylərini gücləndirməklə bağlı qərar qəbul etməlidir.