Rusiyanın Surqut şəhərində “Kiçik komediyalar” tamaşasında rol alan Rusiya xalq artisti Mariya Aronova qonorarı ödənmədiyi üçün tamaşaya başlamaqdan imtina edib.
Gununsesi.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə kiçik videogörüntü Youtube-da yerləşdirilib.
Videoda bildirilir ki, tamaşa yarım saat gecikib. Aktrisa Aronova səhnəyə çıxaraq bildirib ki, təşkilatçılar aktrisanın qonorarını ödməyib və onu “texniki problemlər” bəhanəsilə tamaşaçıları aldatmağa məcbur edirlər.
“Soyadını demək istəməyən xanım sizi salona buraxıb. Və məni xalq artistini, dövlət mükafatı laureatını məcbur edir ki, sizin qarşınıza çıxım və texniki problemlərin olduğundan danışım. Artıq ikinci zəng çalınıb. Hazırda biz sizi və özümüzü alçaldaraq oturub gözləyirik”, – deyə o bildirib.
Aronova ilə birlikdə səhnəyə aktyor Mixayil Polisemayko və Sergey Şakurov da çıxıb. Xalq artisti tamaşaçılara müraciət etdiyi vaxtda direktor bildirib ki, truppa üçün pul tapılıb.
Tamaşaçılar vəziyyətə anlayışla yanaşıb və aktyorları alqışlayıb. Aronavanın sözlərinə əsasən gecikməyə görə tamaşaçılardan heç kim biletini qaytararaq zalı tərk etməyib.
Gununsesi.info