Qozlu suyun möcüzəvi faydaları - ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN QARŞISINI ALIR

  • By admin
  • 31 Avqust 2017 08:40

ceviz-suyunun-faydalari

Gün ərzində həm çərəz kimi yediyimiz, həm salatlara, şirniyyatlara sevərək qatdığımız qozun faydaları haqqında çoxumuz ümumi məlumata sahibik. İndi təqdim edəcəyimiz yazı isə qozlu suyun insan orqanizminə müsbət təsirləri barəsindədir.

Qozlu suyu hazırlamaq üçün bir stəkan suyun içərisinə bütöv qozu qoyaraq bir gecə gözləmək kifayətdir.

Arıqladır

Əldə olunmuş məhlul artıq çəkidən xilas olmaq üçün ən yaxşı vasitələrdəndir. Tərkibindəki protein səbəbindən bədəndəki artıq yağları yandırır və piylənmənin qarşısını alır.

Xolestrolu nizamlayır

Qozlu suyun bu xüsusiyyəti ürək-damar xəstəliklərinin qarşısını alır. Qozun tərkibindəki Omeqa 3 və maqnezium infarkt riskini azaldır.

Zobun qarşısını alır

Əgər qalxanabənzər vəzinizdə hər hansı bir problem varsa, qozlu su ilə bu problemdən yaxa qurtara bilərsiniz.

Yorğunluğu aradan qaldırır

Qozlu su halsızlıq, yorğunluq, gərginlik kimi halların qarşısını alır, həyat keyfiyyətini yüksəldir.

Qan şəkərini nizamlayır

Haqqında bəhs etdiyimiz vasitə qan şəkərini nizamlayır və qan dövriyyəsini sürətləndirir. Nəticədə insan özünü daha enerjili hiss edir.

Mensturasiya ağrılarını azaldır

Mensturasiya dönəmini ağrılı keçirən xanımlar qozlu su vasitəsilə bütün ağrılardan qurtula bilərlər.

Beynin funksiyasını sürətləndirir

Qozlu su beyin funksiyalarını sürətləndirir. Nəticədə huşsuzluq kimi halların baş qaldırmasının qarşısını alır.

Hamilə qadınlar üçün də faydalıdır

Bildiyimiz kimi, əksər qadınlar hamiləlik dönəmində və hamiləlikdən sonra artıq çəkidən əziyyət çəkir. Qozlu su isə onları bu kimi halladan xilas edir.

Həzm sistemini nizama salır

Qozlu su həzm sistemini nizamlayır, qəbzlik problemini aradan qaldırır.

Yuxusuzluğu aradan qaldırır

Qozlu su yuxusuzluqdan əziyyət çəkənlər üçün effektiv vasitədir. Sakitləşdirici təsirə malik olan qozlu suyu yatmazdan əvvəl içsəniz, daha rahat və dərin yuxuya gedə bilərsiniz.

Gununsesi.info