
Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə Qurban bayramı sentyabrın 12 və 13-də qeyd ediləcək.
Qurban bayramında Azərbaycanda 4 gün ardıcıl olaraq iş olmayacaq.
Gununsesi.info Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən xəbər verir ki, 2016-cı ildə Qurban bayramı sentyabrın 12 və 13-nə düşür. Bu günlər də həftənin bazar ertəsi və çərşənbə axşamına təsadüf etdiyindən qeyri-iş günü olacaq. Sentyabrın 10 və 11 isə şənbə və bazar gününə düşür.
Şənbə və bazar günləri də istirahət günləri hesab edildiyindən, həmən günlər qeyri-iş günü hesab edilir. Ona görə də sentyabrın 10-dan 13-dək ölkədə qeyri-iş günü olacaq.
Mürtəza
Gununsesi.info.