38 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Avtozavod qəsəbəsində yaşayan Əlövsət Musayevin həyətindən 38 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Murad Hüseynov və İlkin Cəfərov tutulublar.
Anar
Gununsesi.info