“Quska”ya hökm oxundu

  • By admin
  • 02 Oktyabr 2019 14:55
Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin sonuncu məhkəməsi keçirilib.
Gununsesi.org-un verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə H. Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. “Quska”nın anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə olunub.
Onlarla birgə təqsirləndirilənlər – Namiq Babayev 4 il, Nazim Əliyevin 3 il müddətinə azadlıqdan məhrum edilib. İntiqam Süleymanova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Azadlıqda olan Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları – Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə də şərti cəza verilib.
Gununsesi.org