Ramil Usubov Səbailin rəisini işdən çıxardı

  • Müəllif: admin
  • 17 Yanvar 2019 12:24

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Ş.Kazımov İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.