Rektor şəhidin jurnalist qardaşını həbs etdirmək istəyir

  • By admin
  • 27 İyun 2016 23:24

ibrahim

Jurnalist: “Qardaşımın anım günündə məhkəmədə olmalıyam”

 

“28 iyun 2016-ci il tarixində saat 16:00-da Ağdam rayon Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunun mənim barəmdə verdiyi xüsusi ittiham və mülki iddia qaydasında məhkəmə çəkişməmiz olacaq. Özuünü yerə-göyə sığışdırmayan rektor mənim 3-ilədək həbs olunmağımı və 220.000 (İki yüz iyirmi min) manat cərimələnməyimi məhkəmədən xahiş edir”.  Bu szöləri Gununsesi.info-ya açıqlamasında Politika.az saytının rəhbəri Xəyyam Rəvan söyləyib. Baş redaktorun sözlərinə görə, rektorun onu məhkəməyə verməsinin səbəbi Politika.Az xəbər portalında sosial şəbəkələrə və redaksiyaya  zəng edən tələbənin anasına istinadən “ADAU-da imtahanlara görə 550 manat pul tələb olunur”  yazısı olub: “Biz yazını yayımlamamışdan qabaq rektor İbrahim Cəfərovun iki mobil nömrəsinə, fb səhifəsinə, whatsapp nömrəsinə, iş otağına, köməkçisinə dəfələrlə zəng etsək də, o bizim suallarımızdan yayınmışdır. Bundan əlavə həmin bir cüməlik sözə görə, onun 5000 işarəlik cavab haqqını da Politika.Az-da yayımlamışq. Rektor bizim 4 yazımızı məhkəməyə təqdim etsə də, təəssüf ki, o yazının 2-si istinadla yaymışıq və həmin o 2 istinadla yazını bizdən başqa 3 sayt da istinadla yayıb. Qeyd edim ki, 3 gün bundan öncə mənim şəhid qardaşım Bəxtiyarın müharibə yoldaşlarından olan bir qrupu (texminen 20 nəfər) Qarabağ əlili, rektorla görüşmək ücün Bakıdan-Gəncəyə gediblər. Səhər saat 4-də Gəncəyə çatan Qarabağ əliləri birbaşa ADAU-nun qarşısına gəliblər. Və axşam saat 17:30-a qədər gözləyib, inad edərək rektor evə gedən zaman onu xidməti maşınıın yanında saxlayıb ayaqüstü 1-2 dəqiqəlik söhbət edib, ərizəsini geri götürməyi xahiş ediblər. O isə mənim adım eşidər-eşitməz, dərhal çığırmağa və məni həbs etdirəcəyini, öldurəcəyini, sürüyəcəyini bildirib… Aman Allahım, biz hansı ökdədə, hansı qanunlar altında yaşayırıq? Bu ölkənin adi bir universitet rektoru ölkənin ən çox oxunan, ciddi bir xəbər portalının rəhbərini öldürəcəyini, sürüyəcəyini, həbs etdirəcəyini deyirsə, bu nə ad vermək olar”.

xeys

Tələbin olduqca ağır olduğunu deyən jurnlist bildirib ki, o, məcburi köçkündür və məhkəmə qərar çıxarsa onu ödəmək imkanı yoxdur: “23 ildən artıqdır ki, Bərdə rayonunda məktəblərin birində uçuq-saçıq otağında məskunlaşıb, 3 uşaq böyüdurəm. İstifadəmdə isə 2010-cu il istehsalı olan 07 markalı maşınım var. Onunda maksimum qiyməti 2000 AZN olar. Rektor isə Almaniya istehsalı olan “BMW 745”-də gəzir. Hamı da onun yaşayış durumunda yaşayır. Qeyd edim ki, sabah – yəni məhkəmə prosesi günü mənim qardaşım Bextiyarın şəhid olmasından 23 il ötür. Və məhz həmin gün qardaşım Ağdamın Yeddi Xırman kəndində gedən döyüşlər zamanı erməni əsirliyində (yəni mühasirəsində) olan 50-yə yaxın zabit və əsgərlərimizi azad ederək, qəhramancasına şəhid olmuşdur. Bunu istənilən şəxs araşdıra bilər… Maraqlıdır ki, məhz həmin gün yəni qardaşımın il dönumündə mən ailə üzvlərimlə Bakıda Şəhidlər xiyabanında olmaq əvəzinə rektorla məhkəmə çəkişməsində olacam… Mənimlə bağlı bir neçə nəfər nüfuzlu şəxslər, o cümlədən deputatlar, Partiya sədrləri, Qarabağ əliləri, ziyalılar İbrahim Cəfərova müraciət etsə də, təəssüf ki, o onların müraciətini qəbul etməmişdir. Əslində mənim ondan ve ona sifariş verənlərdən, məhkəmədən cəkinəcək bir şeyim yoxdur. Cünki mən hər zaman haqqa, ədalətə, tanrıya sığınmışam. Və işçinin yazdıqı materialların hər biri 60-dan çox saytlarda yayımlanmış və təkzib olunmamış xəbərlərdir”.

Türkel