Roma Papası qadının əlinə zərbə vurması ilə bağlı üzr istəyib - VİDEO

  • By admin
  • 01 Yanvar 2020 19:49

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.

Gununsesi.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.

Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.

 

 

Gununsesi.org