Portuqaliya milli komandasının üzvü Kriştiano Ronaldo növbəti gözlənilməz hərəkəti ilə yadda qalıb.
Gununsesi.info xəbər verir ki, “Real”ın ulduzu jurnalistə hörmətsizlik edib. Belə ki, Portuqaliya milli komandası bu gün AÇ-2016-nın F qrupunun son matçında Macarıstanla üz-üzə gələcək.
Bu matçdan öncə jurnalistlərdən biri futbolçudan müsahibə götürmək istəyib. Jurnalistin bu hərəkəti futbolçunu əsəbiləşdirib. O, telekanal işçisinin mikrofonunu əlindən alaraq suya atıb.
https://www.youtube.com/watch?v=txXfKx9ONb8
Qaafqazinfo