Oktyabrın 21-nə keçən gecə Rusiya pilotsuz təyyarələri Çerniqov vilayətində hücum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.
Bildirilib ki, dronlar iki icmanın istilik və enerji təchizatı obyektini vurub, nəticədə şəhərdə və şimal icmalarında elektrik enerjisi kəsilib.
Çerniqovda bir neçə saat su təchizatı dayandırılıb, sonradan “Çernihivvodokanal” suyun qismən bərpasını elan edib.
Eyni gecə Rusiya hərbçiləri Xarkova da hava zərbələri endirib. Mer İqor Terekhov bildirib ki, Industrialnı və Nemışlyanski rayonları zərər görüb, 15 fərdi ev və mülki biznes obyektlərinə ziyan dəyib. Hava hücumu nəticəsində 9 nəfər yaralanıb.
Firuzə












