Rusiya yenə İrəvanı xilas edir: 30 milyonluq texnika

  • Müəllif: admin
  • 17 May 2017 22:58

 ermeni-rus

 

Rusiya Ermənistana yaxın 2-3 il ərzində 30 milyon dollarlıq xilasedici texniki avadanlıqlar göndərəcək.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın İrəvandakı səfiri İvan Volınkin deyib. Bu gün Ermənistan Fövqəladə Hallar naziri David Tonoyan və səfir İvan Volınkin Erməni-Rus Humanitar Mərkəzinə göndərilən xilasedici texnikanın ilk 3 partiyasına baxış keçiriblər. Yardıma çoxfunksiyalı xilasedici alətlər, müxtəlif gücdə olan generatorlar və s. daxildir.

İ.Volınkin bildirib ki, bu yardımdan sonra artıq Mərkəz tam gücü ilə işləyəcək.

Göndəriləcək yardımın içində yanğın-xilasedici maşınlar da aid olacaq.

 

Gununsesi.info