Rusiyada 41 nəfər banketdən sonra xəstəxanaya düşdü - SƏBƏB salmonellyoza

  • By admin
  • 20 İyun 2018 17:30

Rusiyanın Yakutiya Respublikasında məktəb banketindən sonra 41 nəfər salmonellyoza yoluxub. Həmin şəxslər dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda xəstələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 Faktla bağlı araşdırma başlayıb. Hadisə ilə əlaqədar banketdə istifadə olunan ərzaq, su və digər əşyalar yoxlama üçün laboratoriyaya göndərilib.