Rusiyadan Qırğızıstana jest - 240 MİLYON DOLLARLIQ BORC SİLİNDİ

  • Müəllif: admin
  • 03 May 2017 17:04

rusiya qirgizistan

Rusiya Qırğızıstanın 240 milyon dollarlıq borcunu birdəfəlik silib. Bununla bağlı Rusiyanın baş naziri Dmitriy Medvedyev müvafiq sərəncam imzalayıb.

Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, Rusiya baş naziri Medvedyevin imzaladığı sərəncama əsasən Qırğızıstan tərəfinin Rusiyaya olan 240 milyon dollar borcunu silib və bu Qırğızıstanın inkişafına yardım kimi dəyərləndirilib.

Qeyd edək ki, 2012-ci ildə Moskva ilə Bişkek arasında imzalanan sazişdə ümumi həcmi 500 milyon dollar olan borcun ödənliməsi, onun qaytarılma mexanizmi və vaxtı əksini tapıb. Bu borcun 188,9 milyon dolları ödənilib. Qalan 300 milyon dolların isə 10 il müddətində ödənilməsi nəzərdə tutulub.

Mürtəza

Gununsesi.info