Rusiyanın 1 gündə 1000-dən artıq hərbçisi öldürüldü

  • By Günel
  • 02 Avqust 2025 08:49

Avqustun 1-dən 2-nə qədər Rusiya ordusu cəbhədə 1010 hərbçisini itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində rusların 170 hərbi texnikası da məhv edilib.

Xəbərdə qeyd olunur ki, münaqişə başlayandan indiyə qədər Rusiyanın təxminən 1 milyon 55 min hərbçisi öldürülüb.

Gununsesi.info