Səbuhi Məmmədli Lent.az-dan ayrıldı

  • By admin
  • 18 Aprel 2018 15:50

Tanınmış jurnalist Səbuhi Məmmədli “APA Holding”ə daxil olan Lent.az saytındakı işindən ayrıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat verən jurnalist Lent.az-la 6 illik iş birliyinin bitdiyini deyib:

“Başda Vüsalə Mahirqızı və Qabil Abbasoğlu olmaqla bu gözəl kollektivdə işləməkdən qürur duydum. Taledi və ya qəzavü-qədəri boş verin”.

S.Məmmədli “Yaşasın “APA Holdinq”, hamınızı çox istəyirəm. Var olasınız, əzizlərim” – deyə qeyd edib.

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının redaktoru idi.

Gununsesi.info