Şəfiqə Nağıyeva: “Vəkillər Kollegiyasında cinayətkarlar işləyir” QALMAQAL

  • By admin
  • 22 İyul 2016 09:30

shefiqe

Gununsesi.info-nun Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyevanın qurumdakı fəaliyyətinin dayandırılması barədə xəbəri qalmaqala səbəb olub. Qurumdakı faəliyyətinin dayandırılmasını gizli saxlayan Şəfiqə Nağıyeva məsələnn ictimailəşmədən həll olunmasına çalışıb. Lakin saytımızın bu xəbəri ictimailəşdirməsindən sonra Şəfiqə Nağıyeva Azər Tağıyevi ittiham edib. O, saytımıza açıqlamasında haqsızlıqla üzləşdiyini deyib: “Mənə qarşı haqsızlıq olub. Mən məhkəməyə müraciət edəcəyəm. Azər Tağıyev uzun illərdir ki, mənimlə mübarizə aparır”.

Onun sözlərinə görə, populyarlığı Azər Tağıyevin qisqanclığına səbəb olub: “Ayıbdır, kişi bir qadınla mübarizə aparır. Məni ləkələmək istəyir. Bir günahım varsa, qanunla tənzimlənsin, daha fəaliyyətim niyə dayandırılır? Kollegiyada vəkil deyilən kəs qalmayıb. Aslan İsmayılov, Namizəd Səfərov, bir sözlə, Azərbaycanın bütün tanınmış vəkillərini kollegiyadan uzaqlaşdırıb. Bu adamın gözü heç kimi götürmür. Biz haqsızlıqlara dözə bilmirik. İstəyirlər ki, hamı Azər Tağıyevin qarşısında baş əysin. Əslində isə Vəkillər Kollegiyasında cinayətkarlar, məsuliyyətə cəlb olunmuşlar da işləyir. İndi ad çəkmirəm, amma lazım olsa onların adını açıqlayacağam”.

Ş.Nağıyeva qeyd edib ki, bu yaxınlarda vəkillərdən biri həbsxanaya telefon keçirərkən yaxalanıb, amma A.Tağıyev həmin adamı müdafiə edib: “Niyə müdafiə edib? Özü də həmin vəkil İntizam Komissiyasının sədridir”.