Səfirlik attaşesi qəzaya uğradı

  • Müəllif: admin
  • 19 Avqust 2019 10:10

Dünən saat 17:30-da Yasamal rayonu, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org-a daxil olan məlumata görə, 1976-cı il təvəllüdlü Şaiq İbrahimovun idarə etdiyi “Mercedes” markalı 90-NO-987 dövlət qeydiyyat nişanlı avtomobillə Misir səfirliyində attaşe işləyən 1984-cü il təvəllüdlü Ahmed Mohamed Fathenin idarə etdiyi səfirliyə məxsus “BMW” markalı 012D004 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Hadisə nəticədsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org