Şəhid ailələri həccə gedəcək

  • By admin
  • 31 Avqust 2016 17:48

hac

Türkiyənin Diyanət İşləri Nazirliyi FETO / PDY-nin 15 iyulda dövlət çevrilişinə cəhdində şəhid olanların ailələrindən 45 nəfəri Həcc ziyarətinə aprır.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Diyanət İşləri Nazirliyində 15 iyul şəhidlərinin ailə üzvlərinin Həccə aparılması qərarı alınıb. Bu məqsədlə  pasportları olanlara üstünlük verilərək, bu il şəhid olanların ailələrindən 45 nəfərin Həccə getməsi üçün lazımlı əməliyyatlara başladılıb. Əməliyyatları tamamlanan şəhid ailələri, bazar günü Ankara Esenboğa Hava Lımanından Həcc səfərinə çıxacaq və sentyabrın 30-da ölkəyə qayıdacaqlar.

Gülnaz Qənbərli

Gununsesi.info