Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib

  • By admin
  • 28 Oktyabr 2016 21:03

Tecili Yardım Xidməti  1

 

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info