“Sən Olsan Bari” mahnısı internetdə rekord qırır - FOTO+VİDEO

  • Müəllif: admin
  • 29 İyul 2017 11:20

04
Türkiyəli müğənni Aleyna Tilki təqdim etdiyi “Sən Olsan Bari” adı yeni mahnısı ilə internetdə rekord qırır.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, “Cevapsız Çınlama” ilə ulduzu parlayan A.Tilki ötən gün “Sen Olsan Bari” adlı mahnısını təqdim edib.

Belə ki, ifaçının mahnıya çəkilən klipi “Youtube”də bir gündə 6 milyondan artıq izləyici tərəfindən maraqla qarşılanıb. İndiyədək heç bir mahnı ilk gündə bu qədər baxılmayıb.

Qeyd edək ki, 17 yaşlı Aleyna Tilkinin “Cevapsız Çınlama” adlı mahnısı “Youtube”də 300 milyon dəfə baxılıb.

Anar
Gununsesi.info