Gununsesi.info xəbər verir ki, bu barədə aznews.az-a Pərvin Səfərovun özü məlumat verib. O, qeyd edib ki, ali məktəblərə keçirilən qəbul imtahanında balı az olduğundan onu qabiliyyət imtahanına buraxmayıblar:

“Olmadı, tələbə adını ala bilmədim. Məni qabiliyyət imtahanına buraxmadılar. Qəbul imtahanından 25 bal toplamalı idim. Amma 18 bal topladım. 7 balım çatmadı. Dövlət İmtahan Mərkəzinə müraciət etdim. Onlar da dedilər ki, bizdə hər hansı bir abituriyentə güzəşt etmək kimi öhdəliklər yoxdur. Əslində, mən verilən vədlərə inandım. Bilsəydim ki, onlar mənə dəstək olmayacaq, yenə də hazırlaşıb tələbə olardım. Böyük şans yaranmışdı, amma onu da itirdim. Nə edim, mənim də qismətim belədir. Necə deyərlər hardan gəlmişəm ora, əvvəlki işimə dönəcəm, kənd şəraiti, qoyunlarım və mən”.

Pərvin Səfərovun sözlərinə görə, bundan sonra ancaq studiyalarda mahnılar yazdıracaq:

“Həvəsdən düşmüşəm, daha istəmirəm”.

Bəstəkar, xalq artisti, Milli Konservatoriyanın (AMK) rektoru Siyavuş Kərimi Pərvin Səfərova Asəf Zeynallı adına Musiqi Kolleciniə daxil olmaq və musiqi təhsili almaq üçün dəstək olacağına vəd vermişdi.