Səyyar ASAN xidmət QAXDA

  • By admin
  • 10 Noyabr 2017 14:10

Səyyar ASAN xidmət 10-24 noyabr tarixlərində Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr-9 dekabr tarixində Şəmkir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Gununsesi.info xəbər verir ki, bundan başqa, səyyar avtobuslar 23 oktyabr-11 noyabr Ağsu rayonu, 27 oktyabr-25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 28 oktyabr-11 noyabr H.Z.Tağıyev qəsəbəsində, 30 oktyabr-28 noyabr Salyan şəhərində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Gununsesi.info