Saatlıda yanğın hadisəsi olub. Gununsesi.info xəbər verir ki, hadisə rayonunun Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Yanğın zamanı qamışdan ibarət evin yanar konstruksiyaları alovlanaraq məhv oldub.
Hadisə yerinə dərhal yanğınsöndürmə xidmətinin xilasediciləri cəlb olunub. Yaxınlıqdakı tikiliklər yanğından mühafizə olunub. Yanğınsöndürənlər evdən güclü yanğın nəticəsində ev sahibinin oğlu 40 yaşlı Elşad Səyyah oğlu Əmirovun yanmış meyitini aşkar ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin səbəbi araşdırılır.
Gununsesi.info