Sabah ən isti gün olacaq - PROQNOZ

  • Müəllif: admin
  • 13 Avqust 2016 12:48

hava

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometereologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gözlənilən havaşəraiti günəşli keçəcək,  şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.

Havanın temperaturu gecə  24-27° isti, gündüz  34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm  civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 25-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  29-30° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti,  dağlarda gecə 16-21° isti, gündüz   28-33° isti olacağı gözlənilir.

Gununsesi.info