Sabah bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

  • By admin
  • 15 İyul 2016 13:00

 

hava

 

İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə  20-25° isti, gündüz  31-36° isti olacağı gözlənilir.

Bakıda gecə 22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 757  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 65-75 %, gündüz  40-50 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

 

Yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskonfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

İyulun 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  33-38° isti,  dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Gununsesi.info