Sabaha olan hava proqnozu - DUMAN, ÇİSKİN OLACAQ, CƏNUB-ŞƏRQ KÜLƏYİ ƏSƏCƏK

  • Müəllif: admin
  • 15 Dekabr 2017 12:20

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyigözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12,Bakıda gecə6-8, gündüz10-12dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 770mm civə sütunu, nisbi rütubət70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 16-dahava şəraitinin əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə3-8, gündüz 8-13 dərəcə isti,dağlarda gecə0-5 dərəcə şaxta, gündüz3-8dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz görə, dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

Gununsesi.info