Sabiq deputat Eldar Əzizova müraciət etdi - İPLƏRDƏN QABAQ İTLƏRLƏ MƏŞĞUL OLUN!

  • By admin
  • 09 Oktyabr 2018 22:19

Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun yaşayış binalarının eyvanında paltar iplərinin yığışdırılmasına dair göstərişi narazılığa səbəb olub. Belə ki, eyvanlarından yaş paltarların asılmasına qoyulan qadağanı qəbul etməyən vətəndaşlar nəm paltarların mənzilin içərisində qurudulmasının sağlamlığa mənfi təsir etdiyini deyib.

“Gununsesi” xəbər verir ki, sabiq deputat Etibar Hüseynov da Eldar Əzizova səslənib. E.Hüseynov mer əvəzini iplərdən qabaq sahibsiz itlər barədə düşünməyə çağırıb:

Keçən il elə təxminən bu vaxtlar Sumqayıtda bir uşağı sahibsiz it parçaladı. Bu faciədən sonra qısamüddətli də olsa bir kampaniya başladıldı. Bakı şəhər İcra hakimiyyəti bəyan etdi ki, bəs ilin sonuna qədər bütün sahibsiz itlər yığışdırılacaq və müvafiq sığınacaqlara təhvil veriləcək. Hətta 24 saat fəalliyyət göstərəcək əlaqədar qurumun telefon nömrəsini də mətbuatda paylaşdılar. Amma ara sakitləşən kimi hər şey yenə köhnə məcrasına qayıtdı. İndi yenə də tək Sumqayıt və Xırdalan deyil, elə paytaxtın özünü də sahibsiz itlər başına alıb. BŞİH- nin o vaxt elan elədiyi nömrə də sən demə gözdən pərdə asmağa xidmət edirmiş. Yazılan statuslardan da məlum olur ki, elan olunduğu gündən bəri həmin nömrəyə heç kim cavab vermirmiş. Bəs indi nə olsun? Nəyi gözləyirsiniz? Hansısa kasıb balasının parçalanmasınımı? Hörmətli Eldar Əzizov bəlkə İPlərdən deyil, İTlərdən başlayaydınız?